Bank Of Baku

Sumqayıtda 17 yaşlı qız itkin düşüb - FOTO

Sumqayıtda 17 yaşlı qız itkin düşüb - FOTO
# 04 aprel 2023 16:43 (UTC +04:00)

Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan 17 yaşlı Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Xəbərə görə, onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR