Sumqayıtda 17 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.
Abşeron rayon sakini 2007-ci il təvəllüdlü Qaraşov Hüseyn Səməd oğlu münaqişə zəminində 2006-cı il təvəllüdlü Qənbərov Elmar Elnur oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 2006-cı təvəllüdlü E.Qənbərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən H.Qaraşov polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis orqanına təhvil verilib.
Araşdırma aparılır.