Bank Of Baku

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
# 28 oktyabr 2024 09:12 (UTC +04:00)

Sumqayıtda 53 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib.

O, vurğulayıb ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

***

08:38

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR