Bank Of Baku

Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb - VİDEO

Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb - VİDEO
# 25 oktyabr 2022 16:16 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən keçinib.

Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb. Polis əməkdaşlarının apardığı əməliyyat- axtarışları tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR