Bank Of Baku

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
# 24 sentyabr 2024 23:51 (UTC +04:00)

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR