Sumqayıtda 29 yaşlı oğlanı kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Ramil Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma aparılır.
***
08:14
Sumqayıtda 29 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ramil Firudin oğlu münaqişə zəminində tanışı, 1995-ci il təvəllüdlü Məhəmmədov Fariz Qasım oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.