Bank Of Baku

Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1

Sumqayıtda bıçaqlanma olub  - YENİLƏNİB 1
# 23 avqust 2024 21:34 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanılıb.

Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

Faktla bağlı istintaq araşdırması aparılır.

***

20:41

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.

APA xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.

***

19:00

Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xiyalıyev Xəyal Əli oğlu münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR