Bank Of Baku

Sumqayıtda yanğın söndürülüb- VİDEO - YENİLƏNİB

Sumqayıtda yanğın söndürülüb- VİDEO  - YENİLƏNİB
# 25 iyun 2025 16:44 (UTC +04:00)

Sumqayıtda baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, 2000 kvadratmetr ərazidə qamışlıq və məişət tullantıları yanıb.Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

***

16.29

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexinin ərazisində baş verib. Əraziyə toplanan məişət tullantıları yanır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR