Sumqayıtda piyadanı maşın vurub

Sumqayıtda piyadanı maşın vurub
# 27 may 2024 09:05 (UTC +04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.

Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR