Bank Of Baku

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıtda yaşayış binasında yanğın baş verib
# 23 sentyabr 2024 23:46 (UTC +04:00)

Sumqayıtda yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsi, 12-ci məhəllədə yerləşən dörd mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb.

Yanğın Mirzə Nuruzadənin kirayədə qaldığı mənzilin mətbəxində baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb. Yanğın səbəbindən binada yaşayan sakinlər təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR