Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 1000 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və damına çəkilən şüşə pambıq üzlük 70 m² sahədə yanıb:
"Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
***
12:00
Sumqayıtda restoran yanır.
APA xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.
Yanğın yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.