Bank Of Baku

Sumqayıtın dəmiryolu vağzalında baş verən yanğın söndürülüb, 10 nəfər təxliyə edilib - YENİLƏNİB-1

Sumqayıtın dəmiryolu vağzalında baş verən yanğın söndürülüb, 10 nəfər təxliyə edilib - YENİLƏNİB-1
# 20 avqust 2023 23:12 (UTC +04:00)

Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:48

Sumqayıt dəmiryolu vağzalında baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, hazırda soyutma işləri aparılır.

***

Saat 22:32

Sumqayıt dəmiryolu vağzalında yanğın olub.

APA xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.

Əraziyə üç yanğınsöndürmə maşını cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Əli Əliyev

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR