Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m² sahədə, mətbəxin yanar konstruksiyaları 9 m² sahədə və 1 otağın tavanı 22 m² sahədə yanıb.
FHN-dən APA-ya verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.