Bank Of Baku

Suraxanıda maşın aşıb, sürücü xəsarət alıb - VİDEO

Suraxanıda maşın aşıb, sürücü xəsarət alıb - VİDEO
# 10 noyabr 2025 16:50 (UTC +04:00)

Bakının Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə qalıb.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MERCEDES” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR