Bank Of Baku

Suraxanıda qohumlarını öldürməyə cəhddə təqsirləndirilən ata və oğluna hökm oxunub

Suraxanıda qohumlarını öldürməyə cəhddə təqsirləndirilən ata və oğluna hökm oxunub
# 28 oktyabr 2024 17:36 (UTC +04:00)

Suraxanıda qohumlarını öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Prokuror da onların 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Suraxanı rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Mahmudov Allahverdi Yusif oğlu yaşadığı evin həyətində yeznəsi - 1994-cü il təvəllüdlü Məmmədov Ağasəlim Sahib oğluna bıçaqla xəsarət yetirib.

Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulub.

Onlar barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR