Bank Of Baku

Şuşada əsir saxlanılan azərbaycanlı: Ermənilər əsirləri öldürüb, meyitlərini donuzlara yedirirdilər

Həbib Kazımov

© APA | Həbib Kazımov

# 15 avqust 2023 16:31 (UTC +04:00)

"Elə əsir yoldaşlarım vardı ki, onları iş görmək adı ilə aparıb gətirmirdilər".

APA xəbər verir ki, bunu sözləri Şuşa həbsxanasında ermənilərin əsirliyində olan Həbib Kazımov deyib.

Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıb: "1992-ci ildə Qubadlı rayonunda kəllə-beyin nahiyəmdən yaralanaraq əsir düşmüşəm. 1 il 9 ay Şuşa həbsxanasında əsirlikdə qalmışam. Əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burda basdırılıb. Bir sözlə, bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət verdi. O vaxt həbsxananın həyətində hovuz su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar. Burada əsirləri öldürüb, meyitlərini donuzlara yedirirdilər. Hətta bir əsirimizi burda asmışdılar. Gördük ki, onu asıblar və donuzlar aşağıdan yuxarıya doğru, ağızları çatana qədər onun meyitini yeyirlər...”

Əbülfət Baxşəli

Habil Aslanoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR