Bank Of Baku

Təndirxanadakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Təndirxanadakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb  - YENİLƏNİB-1
# 26 iyun 2023 18:25 (UTC +04:00)

Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.

Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

***

18:12

26.06.2023-cü il tarixində saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130 m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

17:02

Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.

APA xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü işçi, bir nəfər isə müştəri olub.

Hazırda ərazidən partlayış fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlamasına nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR