Tərtərdə avtomobil velosipedçini vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Məftun Abdullayev idarə etdiyi "VAZ-21703" markalı avtomobillə 2003-cü il təvəllüdlü velosipedçi Namiq İlyasovu vurub, daha sonra avtomobili beton dirəyə çırpılıb.
Hadisə nəticəsində velosipedçi və avtomobilin sürücü, sərnişinləri - 1998-ci il təvəllüdlü Tünzalə Abdullayevə, 2021-ci il təvəllüdlü Nilay Abdullayev xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaq velosipedçi Namiq İlyasov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.