Tərtərdə 32 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Tərtərdə 32 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 15 iyun 2024 09:06 (UTC +04:00)

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma aparılır.

***
22:02

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR