Bank Of Baku

Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 22 avqust 2023 00:30 (UTC +04:00)

Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə şübhəli bilinən sürücünün şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, qəza törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Məhərrəmov Niyazalı Qorxmaz oğludur.

***

00.01

Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Dörtyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” markal minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Niftəliyev Samir Məhərrəm oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR