Təyyarə qəzasında həlak olan Sumqayıt sakini Bayramova Leyla dəfn edilib.
APA xəbər verir ki, L. Bayramova Abşeron rayonu Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.
***
16.53
Təyyarə qəzasında həlak olan 1963-cü il təvəllüdlü Bayramova Leylanın nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
APA xəbər verir ki, vida mərasimindən sonra dəfn Abşeron rayonu Mehdiabad qəsəbəsində olacaq.