Bank Of Baku

“Toplum" TV işi üzrə istintaq yekunlaşıb, əlavə ittihamlar irəli sürülüb

“Toplum" TV işi üzrə istintaq yekunlaşıb, əlavə ittihamlar irəli sürülüb
# 17 yanvar 2025 16:14 (UTC +04:00)

“Toplum" TV işi üzrə istintaq yekunlaşıb.

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, vəkillər cinayət işi materialları ilə tanış olmaq üçün dəvət edilib.

İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Qeyd edək ki, ötən il martın 6-da “Toplum" TV-nin ofisində axtarış aparılıb.

Bakının Nərimanov rayonu Y. V. Çəmənzəminli küçəsi, ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR