Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb - YENİLƏNİB

Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb - YENİLƏNİB
# 19 aprel 2024 16:07 (UTC +04:00)

Aprelin 18-də saat 17:00 radələrində Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

14.49

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunn məlumatıma görə, hadisə Tovuzun Aşağı Quşçu kəndində baş verib.

Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Fuad Nazimoğlu

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR