Bank Of Baku

Tovuzda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - FOTO

Tovuzda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - FOTO
# 17 avqust 2024 09:28 (UTC +04:00)

Tovuzda 90 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Zərnə Məmmədovanın evdə ürəyi tutub, yıxılıb.

Qonşular yaşlı qadından xəbər olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat veriblər. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1934-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR