Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ 2106" ilə "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.