Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. 39 yaşlı F. Vəliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 26-da saat 23:00 radələrində xəsarət alması səbəbilə 1986-cı il təvəllüdlü (kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Ona sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində F. Vəliyevi yad cisimlə vuraraq xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı M.Bədəlov saxlanılıb. Araşdırmalar davam etdirilir.