Bank Of Baku

Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 31 dekabr 2024 23:42 (UTC +04:00)

Tovuzda baş verən qəzada ölən piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən piyada Tovuz rayonunun Əlimərdanlı kənd sakini 1955-ci il təvəllüdlü Tağıyev Həmid Şirin oğludur.

***
22:55

Tovuzda ölümlə nəticələn ağır yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "BWM" markalı maşınla "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəzadan sonra "BMW" yol kənarında dayanan piyadanı vurub.

Piyada hadisə yerində ölüb, xəsarət alan 4 nəfər - 2008-ci il təvəllüdlü qardaşlar E. Tağıyev və 1999-cu il təvəllüdlü E.Tağıyev, 1991- ci il təvəllüdlü E. Tağızadə və 1965 ci il təvəllüdlü V. Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR