Tovuzda ölümlə nəticələnən ağır yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.