Türkiyədən Azərbaycana qaçaq yolu ilə gətirilən 47 ədəd mobil telefon aşkar olunub

Türkiyədən Azərbaycana qaçaq yolu ilə gətirilən 47 ədəd mobil telefon aşkar olunub
# 01 noyabr 2021 15:36 (UTC +04:00)

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "qırmız kanal"a yönləndirilib.

Dövlət Gömrrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlərin əks olunduğu müəyyənləşdirilib.

Çantalara baxış zamanı qutusuz və aksessuarsız vəziyyətdə 3 ədəd "Samsung S21", 21 ədəd "İphone 12 Pro", 3 ədəd "İphone 12 Pro Max", 3 ədəd "İphone 13", 17 ədəd "İphone 13 Pro" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR