Tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alan şəxs paytaxta aparılıb.
APA xəbər verir ki, həmin şəxs Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib.
Qeyd edək ki, hadisə bu gün Ucar rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib.
Rayonun Məlikballı kənd sakini Xəlil Xəlilzadə əlində olan tir tüfəngi ilə ehtiyatsız davranıb.
Nəticədə tüfəngdən açılan atəş nəticəsində çayxanada çay içən, rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası alıb.
O, əvvəlcə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra Göyçay Rayon Xəstəxanasına göndərilib.
Tural Tağıyev müalicəsini davam etdirmək məqsədi ilə Bakıya aparılıb.
***
12.44
Ucar sakini güllələnib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib. Rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib. Tural Tağıyev çayxanada çay içərkən güllə yarası aldığını bildirilib.
Atəşin kim tərəfindən və hansı səbəbdən açılması barədə hələlik məlumat yoxdur.