Bank Of Baku

Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
# 02 sentyabr 2024 22:34 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun "dörd yol" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini, 1997-ci il təvəllüdlü Tinel Ağahüseyn oğlu Cavadlının idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Əzim Rafiq oğlu Məmmədovun idarə etdiyi "Nissan" markalı minik maşını toqquşub.

Nəticədə Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Əhliman Vəli oğlu Məhərrəmov və Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Amaliya Qəzənfər qızı Məmmədova xəsarət alıblar.

Zərərçəkənlər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR