Ucarda minik avtomobili mikroavtobusla toqquşub

Ucarda minik avtomobili mikroavtobusla toqquşub
# 10 oktyabr 2024 20:31 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elgün İsmayıl oğlu İsmayılzadəyə məxsus "Chevrolet Cruze" markalı minik avtomobili ilə Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Müslümov Qiyas Müslüm oğluna məxsus "Ford" markalı mikroavtobus toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR