Bank Of Baku

Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO

Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
# 30 sentyabr 2024 02:35 (UTC +04:00)

Ucarda minik maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 1947-ci il təvəllüdlü Kamal Salah oğlu Sarıyevin çardağın altında saxladığı "Hyundai Sonata" markalı minik maşını anidən alışıb.

Nəticədə çardağın 10 kvadratmetri və minik maşını tamamı ilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısa qapanma səbəb olub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR