Bank Of Baku

Ucarda qəza olub, 2 nəfər xəsarət alıb - FOTO

Ucarda qəza olub, 2 nəfər xəsarət alıb - FOTO
# 13 iyun 2023 19:30 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Allahverən Münasib oğlu Məmmədlinin idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə Ucar rayonunun Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Yasəf Ağasəf oğlu Həmidovun idarə etdiyi “VAZ-21011” markalı maşın toqquşub.

Nəticədə sürücü, Y. Həmidov və sərnişin, 1960-cı il təvəllüdlü Müslüm Əlihüseyn oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkən Y. Həmidov Göyçay xəstəxanasına aparılıb. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR