Bank Of Baku

Ucarda qəza olub, xəsarət alanlar var - FOTO

Ucarda qəza olub, xəsarət alanlar var - FOTO
# 17 iyun 2023 23:39 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini Cəfər Allahverdi oğlu Cəfərovun idarə etdiyi “Mercedes" markalı minik maşını ilə rayonun Qarabörk kənd sakini Elşən Əbilhəsən oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub.

Nəticədə "VAZ-2107"nin sürücüsü E. Hüseynov, onun həmkəndlisi, 2007-ci il təvəllüdlü Höcət Ağasəf oğlu Həsənov və qəza anında yol kənarında dayanmış piyada, Ucar rayonunun Boyat kənd sakini, 1943-cü il təvəllüdlü Feyruz Qulam oğlu Abdullayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

H. Həsənovun xəsarəti yüngül olduğundan o, ambulator müalicəyə buraxılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR