Bank Of Baku

Ucarda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-1

Ucarda yol qəzası olub, xəsarət alanlar var  - FOTO  - YENİLƏNİB-1
# 31 dekabr 2025 13:42 (UTC +04:00)

Ucarda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, qəza nəticəsində rayonun Yuxarı Şilyan kənd sakinləri- 1984- ci il təvəllüdlü Ümüdvar Təyyar oğlu Mahmudov, 1996- cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və 1964- ci il təvəllüdlü Xatirə Əmrah qızı Mahmudova xəsarət alıb.

Qəzada yüngül xəsarət alan 1 nəfər kişi cinsli şəxsə isə ilkin yardım edildikdən sonra evə buraxılıb.

***

saat 12.26

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Yuxarı Şilyan kənd yolunda baş verib.

Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR