Bank Of Baku

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO
# 12 fevral 2023 18:48 (UTC +04:00)

Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun "Heydər Əliyev" prospektində qeydə alınıb.

Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını ilə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi "Mercedes" markalı minik maşını və daha bir "Mercedes" toqquşub.

Nəticədə 3 nəfər xəsarət alıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinə olunduqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR