Bank Of Baku

Üçtərəfli bəyanatdan sonra axtarışlar zamanı 400-ə yaxın şəxsə aid meyit qalıqları aşkarlanıb

Üçtərəfli bəyanatdan sonra  axtarışlar zamanı 400-ə yaxın şəxsə aid meyit qalıqları aşkarlanıb
# 19 iyun 2023 12:12 (UTC +04:00)

Üçtərəfli bəyanat imzalandıqdan sonra aparılan axtarış-qazıntı işləri zamanı 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, axtarış-qazıntı işləri davam etdirilir. Ağdamda yeni aşkarlanan kütləvi məzarlıq barədə danışan Eldar Səmədov deyib ki, qeyd olunan ərazi ilə bağlı Dövlət Komissiyasına əsir və girovluqdan azad olunmuş və müharibənin şahidi olmuşlar şəxslərdən çoxsaylı məlumatlar daxil olub: "Bizdə olan məlumata görə, bu ərazidə bizim hərbçilərlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib. Ərazidə ANAMA tərəfindən təmizləmə işləri aparılıb. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən qazıntı işləri görülüb. Təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir”.

Eldar Səmədov qeyd edib ki, Dövlət Komissiyası dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək: “Ümid edirik ki, 30 ildir ki, yaxınları və əzizləri itən şəxslərin intizarına son qoya biləcəyik”.

Səlcuq Elçin

Habil Aslanoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR