Bank Of Baku

Xaçmazda 69 yaşlı qadını avtomobil vuraraq öldürüb

Xaçmazda 69 yaşlı qadını avtomobil vuraraq öldürüb
# 31 oktyabr 2024 11:12 (UTC +04:00)

Xaçmazda piyadanı avtomobil vurub.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmazın İzmaylovka yaşayış məntəqəsində "VAZ 21011" markalı nəqliyyat vasitəsi Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyevanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.

Z.Əliyeva Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin süpürgəçisidir. Hadisə o, səhər işə gedərkən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR