Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO

Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var - FOTO  - YENİLƏNİB  - VİDEO
# 06 dekabr 2023 13:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yük avtomobili və motosiklet toqquşub, 1 nəfər ölüb.

Həyata keçirilən tədbirlər nəticəsində motosikleti idarə edən şəxsin meyiti yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09.42

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR