Xaçmazda iki nəfərdən narkotik vasitə aşkarlanıb.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı M. Oruclu və N. Cavadov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.