Bank Of Baku

Xaçmazda piyadanı maşın vuraraq öldürüb

Xaçmazda piyadanı maşın vuraraq öldürüb
# 25 may 2023 23:17 (UTC +04:00)

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində - Bakı prospektində qeydə alınıb.

"AzSamand" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Onun şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR