Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev küçəsində qeydə alınıb. Xəsarət alan Xaçmaz rayon sakini Cümşüd Heydər oğlu Qeybullayev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.