Bank Of Baku

Xaçmazda yataqxanada yanğın söndürülüb, 15 nəfər təxliyə olunub - VİDEO - YENİLƏNİB-1 - VİDEO

Xaçmazda yataqxanada yanğın söndürülüb, 15 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB-1  - VİDEO
# 26 oktyabr 2022 12:42 (UTC +04:00)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub.

FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

***

11.09

Fövqəladə Hallar Nazirliyi Xaçmaz şəhərində peşə məktəbinin yataqxanasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, 112 qaynar xəttinə Xaçmaz şəhərində 92 nömrəli peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

***

10.53

Xaçmazda peşə məktəbinin yataqxanasında yanğın başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 5 mərtəbəli binada tüstülənmə qeydə alınıb. Binada yaşayanların təxliyəsi həyata keçirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR