Xaçmazın Armudpadar kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü dünyasını dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı xəsarət alan Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyevin də həyatını xilas etmək mümkün olmayıb.
***
17:57
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb.
“BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb.
Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.