Xankəndidən xeyli silah-sursat götürülüb

Xankəndidən xeyli silah-sursat götürülüb
# 07 sentyabr 2024 10:32 (UTC +04:00)

Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

"Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir", - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR