Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham olunan Akif Osmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən Akif Osmanov 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Akif Osmanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə ittiham irəli sürülüb.