Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan İsrafilovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, E.İsrafilov Bakıda fəaliyyət göstərən quşçuluq fabrikində menecer olub. O, ayrı-ayrı vaxtlarda tanışlarının etibarından su-istifadə edərək, iş qurmaq adı ilə onlara qarşı ümumilikdə 500 min manat məbləğində dələduzluq edib. E.İsrafilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsrafilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.