Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda damdan yıxılan şəxs ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 15-də Xızı rayonunun Şuraabad kəndindəki istirahət mərkəzlərindən birində təmir işləri aparan Sumqayıt şəhər sakini Tahir Cabbarov damdan yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib. O, dekabrın 16-da orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.