Abşerondan mağazadan 35 min manat oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.